Ərizlərin təqdim edilməsi üçün son tarix
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) potensialları arasındakı boşluğun aradan qaldırılması” (EU Bridge) layihəsi çərçivəsində keçiriləcək layihə müsabiqəsinə ərizələrinizi 8 Dekabr 2023 tarixinə qədər təqdim etməyiniz xahiş olunur. 8 Dekabr 2023 tarixi ərizələrin qəbulu üçün son tarixdir və bu tarixdən sonra göndərilən ərizələr qəbul edilməyəcək.