Xəbərlər
Burada siz "YourNGO" Qeyri Hökümət Təşkilatların inkişaf portalın xəbərlər və tədbirləri ilə tanış ola bilərsiniz
Aİ-nin dəstəyilə AzQAC-ın Göyçay bölməsində BOCA təlimi keçirilib | |
---|---|
15-16 may 2024-cü ildə, Avropa İttifaqı (EU) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivənsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) ilə birlikdə AzQAC-ın Göyçay rayon bölməsində “Yerli strukturların təşkilati bacarıqlarının və imkanlarının təhlili (BOCA)” adlı təlim proqramı həyata keçirib. |
|
Tarix: 15.05.2024 |
|
Aİ-nin dəstəyilə AzQAC-ın İmişli bölməsində BOCA təlimi keçirilib | |
---|---|
1-2 may 2024-cü ildə, Avropa İttifaqı (EU) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivənsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) ilə birlikdə AzQAC-ın İmişli rayon bölməsində “Yerli strukturların təşkilati bacarıqlarının və imkanlarının təhlili (BOCA)” adlı təlim proqramı həyata keçirib. |
|
Tarix: 01.05.2024 |
|
7 Vətəndaş Cəmiyyəti Təşkilatı Aİ tərəfindən maliyyələşən layihə çərçivəsində IFRC tərəfindən “Psixi Sağlamlıq və Psixososial Dəstək” təlimi | |
---|---|
23-24 Aprel 2024-cü ildə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) 7 Vətəndaş Cəmiyyəti Təşkilatı (VCT) nümayəndəsi üçün “Psixi Sağlamlıq və Psixososial Dəstək (PSPSD)” təlimini təşkil edib. |
|
Tarix: 29.04.2024 |
|
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində IFRC-nin 2-ci səviyyə “Nağd pul və çek yardımı (CVA)” | |
---|---|
22-25 Aprel 2024-cü ildə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən həyata keçirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) 4 günlük “Nağd Pul və Vauçer Yardımı Üzrə Özünü Dəyərləndirmə (NPVY)” təlimindən yararlanıb. |
|
Tarix: 22.04.2024 |
|
Aİ tərəfindən maliyyələşən layihə çərçivəsində IFRC “Psixi Sağlamlıq və Psixososial dəstək” mövzusunda təlim keçib | |
---|---|
5-6 Mart 2024-cü ildə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) “Psixi Sağlamlıq və Psixososial dəstək (PSPSD)” mövzusunda təlim təşkil edib. Təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) 11 bölməsindən 12 PSPSD üzrə əlaqələndirici şəxsi iştirak edib. |
|
Tarix: 05.03.2024 |
|
Aİ-nin dəstəyilə IFRC “Yerli strukturların təşkilati bacarıqlarının və imkanlarının təhlili” adlı təlim proqramı həyata keçirib | |
---|---|
26 fevral - 1 mart 2024-cü ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) təşəbbüsü ilə “Yerli strukturların təşkilati bacarıqlarının və imkanlarının təhlili (BOCA)” adlı təlim proqramı həyata keçirilib. Bu proqram Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşən və IFRC tərəfindən həyata keçirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində baş tutub. |
|
Tarix: 02.03.2024 |
|
Ərizələrlə bağlı YEKUN QƏRARIN verilməsi | |
---|---|
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) potensialları arasındakı boşluğun aradan qaldırılması” (EU Bridge) layihəsi çərçivəsində keçirilən layihə müsabiqəsinə təqdim edilən ərizələrlə bağlı yekun qərar IFRC tərəfindən 22 Dekabr 2023 tarixində bildiriləcək. Bu qərarla hansı VCT-lərin layihələrinin qəbul edildiyi dəqiqləşdiriləcək. Layihələri qəbul olunan VCT-lərə email vasitəsilə bildiriş göndəriləcək. |
|
Tarix: 22.12.2023 |
|
Aİ tərəfindən maliyyələşən layihə çərçivəsində “Humanitar Fəaliyyət üzrə Oriyentasiya” təlimi keçirilib | |
---|---|
13-15 Dekabr 2023-cü ildə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən həyata keçirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində 12 Vətəndaş Cəmiyyəti Təşkilatı (VCT) üçün “Humanitar Fəaliyyət üzrə Oriyentasiya” təlimi keçirilib. Təlimin ilk günü IFRC-nin Azərbaycan üzrə Proqram və Əməliyyatlar üzrə meceneri Serdar Günel, IFRC-nin Cənubi Qafqaz ölkələri üzrə Nümayəndəliyinin Proqram Koordinatoru, İvar Skram və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse prezidenti Qafar Əsgərzadənin açılış nitqi ilə başlayıb. |
|
Tarix: 15.12.2023 |
|
Ərizlərin təqdim edilməsi üçün son tarix | |
---|---|
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) potensialları arasındakı boşluğun aradan qaldırılması” (EU Bridge) layihəsi çərçivəsində keçiriləcək layihə müsabiqəsinə ərizələrinizi 8 Dekabr 2023 tarixinə qədər təqdim etməyiniz xahiş olunur. 8 Dekabr 2023 tarixi ərizələrin qəbulu üçün son tarixdir və bu tarixdən sonra göndərilən ərizələr qəbul edilməyəcək. |
|
Tarix: 07.12.2023 |
|
IFRC-dən hər hansı izahat istəmək üçün son tarix | |
---|---|
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) potensialları arasındakı boşluğun aradan qaldırılması” (EU Bridge) layihəsi çərçivəsində keçiriləcək layihə müsabiqəsinə dair son suallarınızı və izah tələb edən hər hansısa bir sənəd və ya proses barədə mesajlarınızı 1 Dekabr 2023 tarixinə qədər grants@yourngo.org.az email adresinə göndərə bilərsiniz. |
|
Tarix: 30.11.2023 |
|