Ərizələrlə bağlı YEKUN QƏRARIN verilməsi
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) potensialları arasındakı boşluğun aradan qaldırılması” (EU Bridge) layihəsi çərçivəsində keçirilən layihə müsabiqəsinə təqdim edilən ərizələrlə bağlı yekun qərar IFRC tərəfindən 22 Dekabr 2023 tarixində bildiriləcək. Bu qərarla hansı VCT-lərin layihələrinin qəbul edildiyi dəqiqləşdiriləcək. Layihələri qəbul olunan VCT-lərə email vasitəsilə bildiriş göndəriləcək.