Onlayn məlumatlandırma Sessiyası keçirildi
25 Oktyabr 2023-cü ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) potensialları arasındakı boşluğun aradan qaldırılması” (EU Bridge) layihəsi çərçivəsində keçiriləcək layihə müsabiqəsinə dair VCT-lər növbəti məlumatlandırma sessiyası baş tutub.
Görüşün məqsədi VCT-lərə ümumi olaraq layihənin hansı formada hazırlanıb, icra olunması və tələb olunan sənədlərin necə doldurulması ilə bağlı olub. Görüşün sonunda iştirakçıları maraqlandıran bütün suallar cavablandırılıb.