IFRC - Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün Humanitar fəaliyyətlər haqqında orientasiya və təlimlər təşkil edir.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün Humanitar fəaliyyətlər haqqında orientasiya və təlimlər təşkil edir.
VCT-lərin potensialının inkişaf etdirilməsi üçün ehtiyaclarının müəyyən olunması və bu istiqamətdə təlimlərin təşkil edilməsi məqsədi ilə VCT təmsilçilərini onlayn sorğuda iştirak etməyə dəvət edirik.
Təlimlərdə iştirak etmək üçün göndərilmiş sorğu Vətəndaş Cəmiyyəti Təşkilatları tərəfindən doldurulmalıdır.
Təlimə yalnız saytda qeydiyyatdan keçmiş və sorğuda iştirak etmiş VCT-lər dəvət olunacaq.
Sorğuda iştirak üçün son tarix 22 Noyabr 2023-cü il.