∷ Faydalı bilgilər
Müdafiə, gender və inklüzivlik (MGİ) | |
---|---|
Müdafiə, gender və inklüzivlik (MGİ) IFRC-nin zorakılığın, ayrı-seçkiliyin və təcridetmənin səbəblərinin, risklərinin və nəticələrinin kompleks həllinə yönələn yanaşmalarını əks etdirir. "Müdafiə" və "inklüzivlik" insanların üzləşdiyi müxtəlif riskləri azaltmaq və aradan qaldırmaq və bu baxımdan onların müxtəlif ehtiyaclarını qarşılamaq üçün görülən xüsusi tədbirləri bildirir. "Gender və müxtəliflik" genderin müxtəlif insanları səmərəli şəkildə müdafiə etmək və əhatə etmək üçün nəzərə almalı və anlamalı olduğumuz bir çox amillərlə kəsişməsini bildirir. Sarsıntı və böhranlar hər insana fərqli şəkildə təsir göstərir. |
|
Fayl çəkisi: 535.9Kb |
|
Fişinq və Fişinqdən müdafiə | |
---|---|
Fişinq, dələduzların istifadəçi adlarını, şifrələrini, kredit kartı nömrələrini və ya digər şəxsi məlumatları açıqlamağa inandırmaq üçün aldadıcı taktikalardan istifadə etdiyi bir kiberhücum növüdür. "Fişinq" termini, dələduzların qurbanları "balıq tutmaq" bənzəyən bir şəkildə “ovlaması” deməkdir, yəni insanları özlərini etibarlı bir şəxs kimi təqdim edərək şəxsi məlumatlarını oğurlamağa çalışırlar. |
|
Fayl çəkisi: 254.2Kb |
|
Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU | |
---|---|
Bu Qanun Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir |
|
Fayl çəkisi: 732.5Kb |
|
İctimai iştirakçılıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU | |
---|---|
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir |
|
Fayl çəkisi: 355.9Kb |
|
ƏSAS HUMANİTAR YARDIM STANDARTI | |
---|---|
Keyfiyyət və Hesabatlılığa dair Əsas Humanitar Standart (ƏHYS) humanitar tədbirlər ilə məşğul olan təşkilatların və fərdlərin göstərdikləri yardımın keyfiyyətini və effektivliyini artıra bilməsi üçün Doqquz Öhdəliyini müəyyən edir. Bu, həm də böhrandan təsirlənən icmalar və insanlar qarşısında daha çox hesabatlılığı asanlaşdırır: humanitar təşkilatların nəyə öhdəlik götürdüyünü bilməsi onların hesabatlılığı təmin edəcəyinə imkan verəcək. |
|
Fayl çəkisi: 559.4Kb |
|
KÖNÜLLÜLÜK TƏLİMATI | |
---|---|
Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli‐mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. |
|
Fayl çəkisi: 198.6Kb |
|
İNFORMASİYANIN İDARƏEDİLMƏSİ | |
---|---|
İnformasiyanın idarəedilməsi qurum daxilində qərarların qəbulu prosesini dəstəkləmək məqsədilə datanın toplanması, idarə edilməsi, təhlili və informasiya mübadiləsini həyata keçirir. Humanitar fəaliyyət sahəsində müxtəlif təhlil və analizlərdən, rəqəmsal texnologiyalardan istifadə edərək ehtiyacı olan insanlara yardım və xidmətlərin səmərəli və effektiv şəkildə çatdırılmasının təmin edilməsində mühüm rol oynayır. Təhlil və analizlər demoqrafik statistika, coğrafi təfərrüatlar, ehtiyacların qiymətləndirilməsi və müəyyən situasiya ilə bağlı hazırlanmış hesabatlar daxil olmaqla geniş məlumat spektrini əhatə edir. |
|
Fayl çəkisi: 664.9Kb |
|
Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU | |
---|---|
Bu Qanun Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrə uyğun olaraq Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə olunması və onların müdafiəsi qaydalarını müəyyən edir və bu sahədə yaranan hüquq münasibətlərini tənzimləyir. |
|
Fayl çəkisi: 67.5Kb |
|
Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU | |
---|---|
1.1. bu Qanun ictimai birliklərin və fondların, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir. 1.3. Bu Qanun hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, fəaliyyətini, yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini, idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir. 1.4. Bu Qanun siyasi partiyalara, həmkarlar ittifaqlarına, dini birliklərə, yerli özünüidarə orqanlarına, habelə bu təsisatlara məxsus olan funksiyaların həyata keçirilməsi məqsədi ilə yaradılan qurumlara və başqa qanunlarla tənzimlənən digər qeyri-kommersiya təşkilatlarına şamil edilmir |
|
Fayl çəkisi: 283.1Kb |
|
“Könüllü fəaliyyət haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU | |
---|---|
Bu Qanun hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir. |
|
Fayl çəkisi: 77.6Kb |
|