∷ Faydalı bilgilər
İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU | |
---|---|
Bu Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir. |
|
Fayl çəkisi: 278.6Kb |
|
IFRC və VCT üçün fəlakətlər zamanı yardımın göstərilməsi üzrə Davranış Kodeksi | |
---|---|
Bu Davranış Kodeksi bizim davranış standartlarımızın müdafiəsinə yönəlir. Burada söhbət əməliyyat təfərrüatlarından (məsələn, qida rasionlarının hesablanma üsulu və ya qaçqın düşərgəsinin qurulması) getmir. Belə ki, bu sənəd fəlakətlər zamanı cavab tədbirləri görən QHT-lərin və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının qarşısına qoyduğu müstəqillik, effektivlik və təsirin yüksək standartlarını qoruyub saxlamağa yönəlir. Bu, könüllü Kodeksdir və icrası təyin edilmiş standartlara əməl etmək məqsədilə onu qəbul edən təşkilatın iradəsinə əsaslanır. Silahlı münaqişə zamanı hazırkı Davranış Kodeksi beynəlxalq humanitar hüquqa uyğun şəkildə şərh ediləcək və tətbiq ediləcək. İlk öncə Davranış Kodeksi təqdim edilir. |
|
Fayl çəkisi: 424.5Kb |
|
Dayanıqlı İnkişaf Məqsədləri | |
---|---|
Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi 2030-cu ilə qədər bütün insanlar və planet üçün sülh və firavanlığı təmin etmək üçün dayanıqlı və inklüziv qlobal inkişafı hədəfləyən universal öhdəlikdir. Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 2030-cu ilə qədər Qlobal İnkişaf Gündəliyini istiqamətləndirmək üçün konkret hədəflər və göstəricilərlə müşayiət olunan 17 məqsəddən ibarətdir. |
|
Fayl çəkisi: 858.6Kb |
|
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatın Fundamental prinsipləri | |
---|---|
Əsas Prinsiplər Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının dəyər və təcrübələrini ifadə edir. Onlar 50 ildən artıq müddət ərzində Hərəkatımız üçün həm fəaliyyət bələdçisi, həm də ümumi şəxsiyyət rolunu oynamışlar və Hərəkatın Əsasnaməsində yazılıblar. BQXQACF və AzQAC vətəndaşlıq, milliyyət, irq, yaş, cinsiyyət, dini inanc, sinfi və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan Ehtiyaclılaryönümlü sosial və humanitar fəaliyyət göstərir. |
|
Fayl çəkisi: 161.1Kb |
|