FANDREYZİNQ VƏ RESURSLARIN SƏFƏRBƏRLİYİNƏ GİRİŞ | |
---|---|
![]() |
Fandreyzinq - ən sadə ifadə ilə, maddi və ya maddi olmayan dəstəyi cəlb etmək məqsədi ilə təşkilatlar və ya layihələr tərəfindən həyata keçirilən bir prosesdir. İnsanlar, şirkətlər və digər təşkilatlar hər hansı bir məqsədə nail olmaq üçün öz maliyyə yardımı, həyat tərzi, məhsulları ilə və ya sadəcə təşkilatı dəstəkləməklə fandreyzinqə qatılırlar. Resursların səfərbərliyi isə təşkilatları dəstəkləmək üçün maddi və insan resurslarının effektiv şəkildə cəlb edilməsi prosesini əhatə edir. Bu, insanların vaxtlarını, bacarıqlarını və sərvətlərini təşkilatın məqsəd və missiyasına uyğun şəkildə təklif etməsi, təşkilatın məqsədlərinə nail olmaq üçün dəstək verməsilə əlaqədar olan bir prosesdir. |
Fayl çəkisi: 233.0 Kb |
|