∷ Fandreyzinq və Resursların Cəlbolunması
RESURSLARIN SƏFƏRBƏRLİYİ VƏ FANDREYZİNQ FƏALİYYƏTİ ÜZRƏ SIYASƏT ŞABLONU | |
---|---|
![]() |
Hazırki siyasətin məqsədi VCT, resursların səfərbərliyi, fandreyzinq fəaliyyəti, ianələrin internet və digər müasir üsullar ilə qəbulu və idarə olunması, yığılan ianələrdə təhlükəsizlik və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, beləliklə də, qeyd olunan sahələrdə effektivliyin, şəffaflığın, cavabdehliyin və keyfiyyətin artırılmasının təmin edilməsinə yönləndirilib. Hazırki siyasətlə VCT geniş ictimaiyyətə və mövcud donorlara resursların səfərbərliyi və fandreyzinq fəaliyyəti, tərəfdaşlarla dürüst kommunikasiyanın qurulması, o cümlədən ianələri toplamaq üçün istifadə etdiyimiz üsullar və donorların şəxsi məlumatlarına hörmətlə yanaşacağını və qoruyacağını təsdiqləyir. |
Fayl çəkisi: 281.1Kb |
|
Korrupsiyaya qarşı mübarizə haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU | |
---|---|
![]() |
Bu Qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin (bundan sonra – qurum), vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Bu Qanun, habelə dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına, qurumlara əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında, qurumlarda qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır. |
Fayl çəkisi: 175.7Kb |
|
FANDREYZİNQ VƏ RESURSLARIN SƏFƏRBƏRLİYİNƏ GİRİŞ | |
---|---|
![]() |
Fandreyzinq - ən sadə ifadə ilə, maddi və ya maddi olmayan dəstəyi cəlb etmək məqsədi ilə təşkilatlar və ya layihələr tərəfindən həyata keçirilən bir prosesdir. İnsanlar, şirkətlər və digər təşkilatlar hər hansı bir məqsədə nail olmaq üçün öz maliyyə yardımı, həyat tərzi, məhsulları ilə və ya sadəcə təşkilatı dəstəkləməklə fandreyzinqə qatılırlar. Resursların səfərbərliyi isə təşkilatları dəstəkləmək üçün maddi və insan resurslarının effektiv şəkildə cəlb edilməsi prosesini əhatə edir. Bu, insanların vaxtlarını, bacarıqlarını və sərvətlərini təşkilatın məqsəd və missiyasına uyğun şəkildə təklif etməsi, təşkilatın məqsədlərinə nail olmaq üçün dəstək verməsilə əlaqədar olan bir prosesdir. |
Fayl çəkisi: 233.0Kb |
|
Qrant haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU | |
---|---|
![]() |
Bu Qanun Azərbaycan Respublikasında (Ələt azad iqtisadi zonası istisna olmaqla) qrantların (o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların) verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətləri tənzimləyir. |
Fayl çəkisi: 133.7Kb |
|
Reklam haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU | |
---|---|
![]() |
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərinə uyğun olaraq, reklamın sifarişi, istehsalı (hazırlanması) və yayımlanması sahəsində münasibətlərin, onlara nəzarətin və tənzimləmənin, həmçinin reklam sahəsində özünütənzimləmənin hüquqi əsaslarını müəyyən edir. |
Fayl çəkisi: 315.5Kb |
|
RÜŞVƏTXORLUQ VƏ KORRUPSİYA ƏLEYHİNƏ SİYASƏTİN ŞABLONU | |
---|---|
![]() |
Bu sənəd (bundan sonra Siyasət) Azərbaycan Respublikasının Konstitusiyası, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, müvafiq beynəlxalq hüquq normaları və İSO 37001 Rüşvət Əleyhinə İdarəetmə Sistemi Standartını rəhbər tutaraq korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilməsi zəruri olan tədbirləri müəyyən edir. |
Fayl çəkisi: 330.9Kb |
|