Burada siz "YourNGO" Qeyri Hökümət Təşkilatların inkişaf portalın xəbərlər və tədbirləri ilə tanış ola bilərsiniz
Avropa İttifaqı və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Vətəndaş Cəmiyyətləri üçün LAYİHƏ MÜSABİQƏSİ elan edir
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) Avropa Ittifaqının (Aİ) maliyyə dəstəyi ilə Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) üçün Azərbaycanda Layihə Müsabiqəsi elan edir.
Bu müsabiqə Azərbaycanda VCT-lər, yerli hakimiyyət orqanları və digər müvafiq maraqlı tərəflərlə tərəfdaşlıq və əməkdaşlıq çərçivəsində, VCT-lərin potensialını gücləndirərək böhranlardan və fövqəladə hallardan təsirlənən insanların ehtiyyacların azaldılmasına və dolanışıq vasitələrinin yaxşılaşdırılmasına töhfə vermək məqsədi daşıyır.